Məleykə Əsədovanın yaşı hamını təəccübləndirdibackend

Məleykə Əsədovanın yaşı hamını təəccübləndirdi

Məleykə Əsədovanın yaşı hamını təəccübləndirdi

“Doğulduğum, yaşadığım, nəfəs aldığım, sənətim, yediyim çörəyim, dostlarım və tamaşaçılarım üçün Allaha şükür edirəm. Allah bu yaşı mənə qismət etdi. Heç zaman yaşımı gizlətməmişəm. 53 yaşımla fəxr edirəm. Allah mənə qocalığı da nəsib etsin. 31 ildir Azərbaycan xalqına xidmət edirəm, eyni tamaşaçı alqışı və sevgisi görürəm”.

Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “ATV səhər” proqramına “Skype” vasitəsi ilə qoşularkən deyib.

Bu gün 53 yaşını qeyd edən aktrisa gözünün ağı-qarası, yeganə qızı Gülərin onun üçün ilk dəfə tort bişirdiyini açıqlayıb:

“1967-ci ildə yağışlı bir gündə dünyaya gəlmişəm. Anam deyirdi ki, yağış yağanda səni sel gətirib. Canım sağ olsun, yeni obrazlar yaradım. Ən böyük arzum qızımın toyunu görmək, nəvələrimi qucağıma almaqdır. Qoy gecə saat 12-də nəvələrim məni təbrik etsin! O günləri görmək istəyirəm. Məni Məleykə Əsədova edən tamaşaçı alqışı əskik olmasın.”

  •  (2)
  •  (2)