Manafdan şok açıqlama: “Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm”backend

Manafdan şok açıqlama: “Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm”

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuliyə gedərək oradan video paylaşıb. Bu paylaşımdan sonra sosial şəbəkələrdə müğənninin bahalı avtomobillə Füzuliyə səfəri müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M. Ağayev həmin paylaşımını silib.

Ötən gün müğəninin Füzuliyə getməsi haqda məsələyə aydınlıq gətirmək üçün AZXEBER.COM Manaf Ağayevlə əlaqə saxlamışdı.

Müğənni Füzuliyə ayda bir-iki dəfə getdiyini bildirib:

“Mən elə ayda bir dəfə, iki dəfə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildi bu maşın məndədir, gedin ayrı tema tapın”.

Açıqlamadan məlum olur ki, bu, Manaf Ağayevin Füzuliyə ilk səfəri deyil. Müğənni bundan əvvəl də Füzulidə olub.

Qeyd edək ki, ötən gün axşam Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

 

  •  (0)
  •  (1)