Manaf Ağayev koronavirusa yoluxmasından danışdı: “Tez-tez yas mərasimlərinə gedirdik”backend

Manaf Ağayev koronavirusa yoluxmasından danışdı: “Tez-tez yas mərasimlərinə gedirdik”

“Övladım olmasaydı bəlkə də, bu gün mən həyatda olmazdım”.

Hokm.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Günə bir şou” proqramında söyləyib.

Sənətçi koronavirusa yas mərasimində yoluxduğunu bildirib:

“Bu virus elə bir şeydir ki, konkret bilmək olmur kim səni yoluxdurdu. Son zamanlar mən və həyat yoldaşım tez-tez yas mərasimlərinə gedirdik. Düşünürəm ki, yəqin bizdə elə ordan virusa yoluxduq. Başıma gəlməyincə,bunu boş bir şey kimi qəbul edirdim. Canım ağrıyanda həqiqiliyinə inandım. Hiss etdim ki, nəsə sümüklərim sızıldayır. Oğlum dedi ki, ata bir həkimə get, test ver. Onun təkidi ilə getdim. Özlüyümdə düşünürdüm, soyuqdəymədir keçib gedəcək. Test verdim analizlərin cavabı pozitiv çıxdı. Əlimə qoşulan saturasiya aparatında nəticə 100-ü göstərdi. Həkim yenicə yoluxduğumu söylədi və mən günlərlə xəstəxanada yatmalı oldum.Yoldaşım da məndən 2-3 gün sonra xəstəxanaya yerləşdirildi. Çünki yoldaşımın vəziyyəti getdikcə ağırlaşırdı”.

O, qeyd edib ki, ancaq dörd-beş gündən sonra həyatda olduğunu hiss etməyə başlayıb:

“Günlərlə qızdırmam 38 dərəcədən aşağı düşmürdü. Bədənim o qədər pis ağrıyırdı ki, təsəvvürünüzə gətirin spirti əlimə su kimi tökürdüm, ancaq iyini hiss edə bilmirdim. Vaxtında üstünə düşməsəm, bəlkə də indi həyatda olmazdım. Çünki səhhətimdə bir çox problemlər var”.sfera

 

  •  (0)
  •  (0)