Amerikalı pop müğənni Madonna Roma Papası Fransiski kilsədən xaric edilməsinə yenidən baxılması üçün görüşə dəvət edib.
Hokm.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi “Twitter”də papaya müraciət edib.
Tam adı Madonna Luiza Çikkone olan sənətçi Vatikanın onu səhnədəki qeyri-etik davranışına görə kilsədən xaric etməsindən təxminən iyirmi il sonra geri qayıdış üçün ikinci şans istəyib. 63 yaşlı məşhur özünü nümunəvi katolik adlandırıb və hər şeyi düzəltməyə hazır olduğunu da bildirib.
“Məni üç dəfə katolik kilsəsindən xaric ediblər. Bu, ədalətsizlikdir” – deyə Madonna qeyd edib. Papa Fransisk hələlik müğənniyə cavab verməyib.