Türkiyədə lirənin digər valyutalarla müqayisədə dəyər itirməsinə reaksiya verənlərdən biri də müğənni, aktrisa Hülya Avşar olub.
Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı ölkənin iqtisadi vəziyyətinə “Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Lazım gələrsə, simit yeyəcəyik” deyə, münasibət bildirib. Onun bu sözləri sosial media istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayıb.
Hülyanın ünvanına “Bizim adımızdan danışmaq səlahiyyətini sənə kim verib?”, “Yaşam tərzimizə sənmi qərar verməlisən?”, “Bunu deyən Hülya Avşar ötən il qızına 55 milyonluq ada alıb”, “Simitin qiymətini ucuz bilir deyəsən”, “Tox acın halından nə anlar ki”, “Vergi ödəmirik ki, simit yeyək” kimi sərt reaksiyalar gəlib.
Bundan başqa bir neçə gün əvvəl 5 milyon lirə (təxminən 542 min manat) dəyərində “Mercedes S400” aldığını xatırladanlar onun bu fikirlərində səmimi olmadığının qənaətinə gəlib.