Müğənni Hadisə koronavirusdan sağalsa da, başqa bir xəstəliyə tutulub.
Hokm.az xəbər verir ki, bu barədə müğənni özü məlumat paylaşıb.
O bildirib ki, koronavirusdan sağalsa da, indi də panik pozuqluqdan əziyyət çəkir.
“Bu mənim üçün çətin bir müddət oldu. Xəstəxanaya yerləşdirilmədim. Lakin koronavirusu daha ağır keçirən insanların xəstəxanalarda ölümlə-həyat arasında mübarizə apardığını görəndə şükür etdim. İki həftə öz evimdə tək qaldım, demək olar ki, dörd həftə boyunca dayanmadan öskürdüm. Başım çox pis ağrıyırdı. Xəstəliyin 5-ci günündə dadbilmə və iybilmə təmamilə itdi.
Məni məhv edən qorxu idi. Televiziyada davamlı izlədiyim qorxulu görüntülər məni psixoloji gərginliyə salıb. Öskürək səsimə təsir edəcəkmi, oxuya biləcəyəmmi?, kimi dəli suallar məni məhv edirdi. Xoşbəxtlikdən koronavirusdan sağaldım, ancaq panik pozuqluq qaldı”.sfera