Bir müddət əvvəl koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərlidən xəbər var.
Hokm.az xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında video yayımlayaraq sənətçinin səhhətinin yaxşı olduğunu bildirib:
“Sizə yaxşı xəbər vermək istəyirəm Mətanət İsgəndərli ilə bağlı… Hər gün onunla əlaqə saxlayıram. Hazırda vəziyyəti yaxşıdır, müalicə alır. Ağır günləri geridə qaldı. Mətanət İsgəndərli ölümdən döndü”.
Xatırladaq ki, bir neçə gün əvvəl M.İsgəndərli və oğlu Kərim COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib.baku.ws