Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli koronavirusa yoluxub.
Hokm.az xəbər verir ki, aparıcı Elgiz Əkbər müğənninin səhhətindən danışıb. O bildirib ki, ifaçı toy mərasimində virusa yoluxub:
“Toyda olanda virusa yoluxub. Koronavirus infeksiyasına yoluxun bir nəfə müğənniyə yaxınlaşıb və şəkil çəkdirmək istəyib. Beləcə, o da yoluxub.
Zəng edirik telefona cavab vermirlər. Bacısı da götürmür, düz etmirlər. Virusa yoluxmaq nədir ki, danışmırlar. Mən də yoluxdum və sağaldım. Zənglərə də özüm cavab verirdim”.
E.Əkbər bildirib ki, hazırda M.İsgəndərli xəstəxanadadır və müalicə alır. Gecə saatlarında onun vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. /Axşam.az