Hokm.az xəbər verir ki, müğənni şəkillərini İnstaqram izləyiciləri ilə bölüşüb. Sosial şəbəkə istifadəçiləri isə onu tənqid atəşinə tutublar. Bir çoxları Kərimovanın üzünə botoks etdirdiyini, bəziləri isə şəkillərdə hədsiz fotoskopdan istifadə olunduğunu yazıb. Hətta izləyicilər arasında müğənninin saçının töküldüyünü, parik taxdığını yazanlar da yer alıblar.
K.Kərimova iddiaları cavabsız qoymayıb. Əsəbiləşən müğənni hər bir şərhə cavab yazıb.
İfaçı “Sünii gəlincik” yazan şəxsə “Sənin kimi” reaksiyasını verib. O, daha sonra “Yalansa Allah bəlanızı versin. Allah parik taxmağı özünüzə qismət eləsin. Sünu saça möhtac qalasınız. Sizin üzünüzdəki sünilik qədərdir üzüm. Botoks etdirən özünüzsünüz. Yaşınızdan utanın. Sizin nə işiniz var burada? Bir güzgüyə bax gör nə gündəsən? Sənə baxanda adamın iştahı kəsilir” sözlərini əlavə edib.Axşam.az