KİV: Samirə Əfəndi “Eurovision 2021″də qalib ola bilərbackend

KİV: Samirə Əfəndi “Eurovision 2021″də qalib ola bilər

Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşri “Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanmasını istisna etməyib.

Yazı müəllifinə görə, proqnozlar qalibin İtaliya olacağını desə də, Azərbaycanın da birinci yerə çıxması üçün həqiqi imkanlara malikdir. Belə ki, əvvəllər “Yeni ulduz”, “Böyük Səhnə”, “Azərbaycanın Səsi” kimi televiziya şou müsabiqələrində iştirak etmiş müğənni Samirə Əfəndinin xeyli təcrübə topladığı bildirilir.

“Müğənni 2017-ci ildə “Silk Way Star” möhtəşəm beynəlxalq ifaçılıq televiziya layihəsində Azərbaycanı uğurla təmsil edib. Əfəndinin xeyrinə olan daha bir məqam “Nur-Sultanın səsi”ndə ölkəsini təmsil edərək bir çox başqa iştirakçıları arxada qoymağı bacarmasıdır”, – yazıda qeyd olunur.

Xatırladaq ki, müğənni Samirə Əfəndi bu il “Eurovision”da niderlandlı musiqiçilər Emi Van der Vel, Luk van Birs, Toni Kornelisson tərəfindən bəstələnən “Mata Hari” mahnısı ilə iştirak edərək finala vəsiqə qazanıb. Mayın 22-də keçiriləcək final konsertində müğənnimiz 21-ci nömrə ilə çıxış edəcək. report

  •  (0)
  •  (0)