Əməkdar artist Elza Seyidcahan “Təsir dairəsi” proqramına qonaq olub.
Hokm.az xəbər verir ki, o, proqramda şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.
“Böyük kişilər var ki, uşaqlarını maşına, vəzifəyə görə atırlar. Maşınlar ailə dağıdır”, – deyə o, ifadə edib.
Müğənni ailəsinin dağılma səbəbinin avtomobil olduğunu söyləyib:
“Mən də o, günü yaşamışam. Yoldaşımın “06” markalı avtomobili var idi. Bir şey olan kimi anası açarı götürürdü. Əlbəttə, sonda nə məni, nə uşaqlarını seçdi. Qırmızı “06”nı seçdi. Vaxt var idi maşında öndə oturmağa ixtiyarım yox idi. Ailədir, deyirdin, öndə oturum. Öndə ancaq baldızım, qayınanam otura bilərdi. Hələ qayınanam düşəndə bir acıq da verirdi.
İndi öz cipimdə keçəndə görürəm onlardan kimsə yol kənarında dayanıb. İstəyirəm saxlayım oturum. Deyirlər, bəxtəvar, maşının var. Əziyyətlə müdrikliklə, salehliklə almışam”.