Kim Kardaşyan əri ilə məhkəmədə görüşəcək – FOTObackend

Kim Kardaşyan əri ilə məhkəmədə görüşəcək – FOTO

Xəbər verdiyimiz kimi, erməni əsilli porno ulduz Kim Kardaşyan amerikalı repçi Kanye Uestdən boşanır.

Hokm.az big.az-a istinadən bildirir ki, boşanması ilə gündəm yaradan cütlük uşaqların ortaq himayəsi ilə bağlı məhkəməyə müraciət ediblər.

Belə ki, 43 yaşlı repçi Kanye Uest, eynilə 40 yaşlı Kim Kardaşyan kimi, dörd övladları – qızları 7 yaşlı Nort, 3 yaşlı Çikaqo və oğulları 5 yaşlı Seynt, 1 yaşlı Psalm – üzərində ortaq himayə hüququna malik olmaq istəyir.

Kim Kardaşyan əri ilə məhkəmədə görüşəcək - FOTO

Müraciət nəticəsində uşaqlarla ünsiyyət cədvəli dəqiq tənzimlənməlidir.

Kanye, həmçinin, keçmiş həyat yoldaşına qarşı maliyyə iddialarının olmadığını bildirib, lakin məhkəmə xərclərini ayrılıqda ödəməyi tələb edir.

Xatırladaq ki, Kim Kardaşyan və Kanye Uestin boşandıqları haqqında ilk şayiələr yanvar ayında ortaya çıxıb, fevral ayında isə bu xəbər rəsmi olaraq təsdiqlənib.

Məhkəməyə boşanma ərizəsi ilə Kim müraciət edib. Cütlüyün güclü evlilik müqaviləsi olduğundan, onların bir-birlərinə qarşı maliyyə iddiaları yoxdur. Hər ikisinin yetərincə sərvəti var.

Xatırladaq ki, Kim və Kanye yeddi il öncə ailə qurublar. Bu evlilikdən 4 uşaq dünyaya gəlib. Uzun müddət onlar Amerika şou-biznesinin ən möhkəm ailələrindən hesab olunub.

Kim Kardaşyan əri ilə məhkəmədə görüşəcək - FOTO

  •  (1)
  •  (2)