Özümü o qədər də maraqlı insan hesab etmirəm. Bir insan bütün cəmiyyət tərəfindən qəbul olunursa, ya o insanda problem var, ya cəmiyyətdə. Mənə atılan daşları üst-üstə yığsaydım, indi bir villa tikmişdim. Sən nə qədər yaxşı insan olursan ol, kiminsə hekayəsində pis birisən! Çevrəmi əqidəmə görə qururam, əqidəmi çevrəmə görə yox.
Hokm.az xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində deyib. Rejissor bildirib ki, cəmiyyət o zaman xoşbəxt olur ki, kişinin səhər getməyə də, qayıtmağa da yeri olur:
“Təkəbbür başqa şeydir, özündən razı olmaq isə başqa. Kaş ki, insanlar bunu bir-birindən ayıra bilsəydi. Allah deyər ki, sən istəmədən mən sənə hər şeyi verdim, sən niyə narazısan ki? Ona görə razıyam özümdən! Biz bu işə başlayanda bir gecənin içində məşhurlaşmaq yox idi, instaqram fenomeni olmaq üçün nəsə etmədik. Mən tanınmaq üçün heç nə etmədim. Sənət üçün yola çıxdım. İnsanı sənətinə görə deyil, xarakterinə görə hörmət edərlər. O kim ki, deyir “əşşi yaxşı dost var?” Mən o insanı başa düşmürəm. Demək ki, o özü dostluğu bacarmır. Mən yaxşı insan, dost axtarmadım, özüm oldum ki, məni axtarsınlar. “Pul həyatda hər şeyi həll edir” deyən insan pul üçün həyatda hər şeyi edən insandır. Deməli, o pula ali baxır”.
Rejissorun sözlərinə görə, qırdığı da, onu qıran doğma və yaxınları olub:
“Xəyanəti heç vaxt bağışlamaram. Xəyanəti tək fiziki deyil, gözlə, qəlblə də etmək olar. Bağışlanan şey təkrar ola bilər. Bağışla amma barışma!!! Allaha həvalə et. Qadınlar sevdiyi insandan şübhə edəndə o şübhənin həqiqət olmasını istəyirlər? Niyə? Dua et ki, yanlış olsun da. Mənim peşman olduğum şeylər də, düşünürəm ki, elədiyim səhvlərin əvəzidir. Ona görə də, susuram.
Bir zamanlar, mən Kənan, Aqil M.Quliyev, Ülviyyə Könül, mərhum Şahin Zəkizadə, Fuad Əlişov və başqaları var idi. İndi yoxuq. Səbəblər var. Klip mahnının tanınması üçün lazım idi. İndi tanınmağa klip lazım deyil. Əvvəlki sənətçilərə oxumaq üçün səs lazım idi. İndi isə ağız və studiya. Bir də yaxşı effekt verən səs rejissoru. Səhəri gün sən tanındın. Amma sevilmək başqadır. Sevgi qazanmaq üçün xarakter lazımdır. Bizim o vaxt klip çəkdiyimiz sənətçilərin yarısı indi Əməkdar, Xalq Artistidir. Əgər iynənin ucu qədər onların bu adı almasında payımız olubsa, nə xoş bizə. Röya Ayxana 6 klip çəkmişəm. O vaxt Dəniz Vağzalının yanında ona klip çəkirdim, ikimiz də təzə başlamışdıq. Röya efirlərdə az görünürdü, onun səsini yalnız blutuzlu telefonlardan eşidirdilər. Röya dedi ki, burdan nə qədər adam keçdi, heç kim demədi Röya klip çəkdirir, hamı dedi ki, Kənan klip çəkir. Röya indi Xalq Artistimizdir, yaxşı ki, birgə işlədik.
Biz Aygünlə ailə həyatı quranda bilirdik ki, kimik. Sonradan məşhur olmadıq ki… Ailə quranda heç kimdə nəsə dəyişmədi ki. Aygünün səsinin itib-batması vicdan deyildi. Bunu düşündüm. Çünki o çox Xalq Artistindən yaxşı oxuyur. Bəli. Sənət, vətən sevdası kimi bir şeydir. Mən 100 dəfə də bu dünyaya gəlsəm, yenə özümü bu sənətdə görürəm”.publika.az