Keçmiş model illər sonra səssizliyini pozdu: Mən inanclı biriyəmbackend

Keçmiş model illər sonra səssizliyini pozdu: Mən inanclı biriyəm

Türkiyəli keçmiş model Aysun Kayacı illər sonra sükutunu pozub. O, sosial şəbəkələrdə adına açılan hesablardan və edilən paylaşımlardan bezdiyini bildirib.

Keçmiş modelin sözlərinə görə bu hesabları ildə iki-üç dəfə şikayət etsə də heç bir nəticə vermir.

“Ona-buna, hətta prezidentə təhqirlər yazırlar. Mən belə biri deyiləm: İnanclı biriyəm. Nə səbəbə insanların inancını lağa qoyum?”, – deyə o, bildirib.

Qeyd edək ki, Aysun Kayacı illər əvvəl proqramların birində uzun müddət müzakirələrə səbəb olacaq ifadələr işlətmişdi.

“Mən vergi verirəm. Nə səbəbə vergisini verməyən, bu sözlərimə görə hər kəs üstümə gələcək, amma, dağdakı çobanla verdiyim səs eynidir. Niyə heç vergi verməyən biri ilə mənim səsim bərabər hesablanır”, – demişdi.

O, 20 yaşında dediyi bu sözləri üçün çox peşman olduğunu da dilə gətirib.

Qeyd edək ki, Aysun Kayacı 2012-ci ildə biznesmen Efe Kapancı ilə evləndikdən sonra  modelliyi tərk edib.oxu.az

  •  (0)
  •  (0)