“Kanal müğənniyə ödəyəcəyi məbləğin 10 qatını,bəlkə də çoxunu o efirdən çıxarır”- Səyavuş Hüseynli – VİDEObackend

“Kanal müğənniyə ödəyəcəyi məbləğin 10 qatını,bəlkə də çoxunu o efirdən çıxarır”- Səyavuş Hüseynli – VİDEO

“Üzə-düz” proqramının bu dəfəki qonağı MTV Azərbaycan kanalının bədii rəhbəri Səyavuş Hüseynli olub.

Hokm.az xəbər verir ki, o, son zamanlar gündəmdə olan müğənnilərin efirə qonararla çıxması barədə mövzuya münasibət bildirib.

Səyavuş Hüseynlinin sözlərinə görə, müğənnilərin kanallardan ödəniş istəmə təcrübəsi dünyada var:

“Bu kanal da onun müqabilində o məşhura pul verir ki, bilir ki, ödədiyi məbləğin 10 qatını, bəlkə də çoxunu o efirdən çıxaracaq. Əgər bu gün biz istənilən müğənnini efirə çağırsaq, ilk gün qazandığımız reytinq üçün başımıza pul tökməyəcəklər. Əgər anons verilsə ki, bu gün bizdə qonaq filankəsdir, gəlin yayımın sponsoru olun, o zaman sponsor gəlib məhz həmin müğənninin çəkildiyi yayımın sponsoru olarsa, o zaman demək ki, kanal səndən qazanır. Bu açıq şəkildə hiss olunacaq. O zaman tələb irəli sürə bilərsən ki, pul ver. Kanal da sənin olduğun verilişin buraxılışına qiymət qoyur. Əgər qonaq olan efirdən özüm də mailiyyə qazanmadımsa, sizə nə ödəyim? Yox israrlısınızsa, bu qədər pul qarşılığında efirə çıxacam, bu sizin seçiminizdir. Hər kəs öz seçimində azaddır. Amma mən bildiyim qədərilə bugünkü televiziyaların durumu o qədər deyil ki, efirə məşhuru dəvət edib qarşılığında pul ödəyək. Bir-iki müğənni ola bilər ki, bəlkə də kanal o şəxslə münasibətləri saxlamaq üçün pul ödəyə bilər. O da ola bilər 1-2 proqram baxışı. Bu ənənə halına çevrilə bilməz”.

  •  (0)
  •  (0)