Vüsalə Kərimovanın gözəllik salonunda şikayət edən müştəri ilə kobud davranaraq onu salondan qovması iddialarına məşhur teleaparıcı cavab verib.
Hokm.az Vüsalə Kərimovanın milli.az-a açıqlamasını olduğu kimi təqdim edir:
“Bu xanım istəyir mənim sayəmdə özünü reklam eləsin, mən bu şəraiti ona yaratmayacam. O xanım gimnasitika ilə məşğul olur. Onun-bunun evində gedir onun-bunun uşaqlarına gimnastika keçir. Bir-iki vəzifəli şəxslərin, tanınmış insanların uşaqlarına gimnastika keçdiyi üçün elə başa düşür ki, onların vasitəsi ilə mənə nə isə edəcək. Amma unudur ki, biz Azərbaycanda yaşayırıq və Azərbaycanın Konstitutsiyası, qanunları var. Kiminsə vəzifəsindən sui-istifadə etməklə məsələ həll olunmur, reallıqla həll olunur. Bu şeyləri o gözəl unudur, ona görə ki, onun yaşı çox azdır, bu şeyləri dərk edəcək səviyyədə deyil, mən onu qınamıram.
Onun iddiaları ilə bağlı mən sizə bir şey deyim, bəli, o, bizim gözəllik salonumuzda olub. Birinci dəfə deyildi, dəfələrlə olub, eyni ilə lazeroloqda xidmətimizdən də istifadə edib. Birinci dəfə idi ki, keyidici istəyib çəkilsin. Bütün lazer salonlarında bütün lazeroloqların, kosmetoloqların belə istifadə etdiyi keyidicidən ona istifadə olunubdur. Sadəcə, bu xanım saat 6-ya yazılıb, amma saat 7-də gəlib. Bir saat buradan bizim vaxtımızı alıb. O gəldiyi saatda (7-də) başqa müştərinin vaxtına gəlib. Ona görə də bu keyidicidən istifadə edərək gözləyib ki, başqa müştəri qurtarsın, ondan sonra bunun proseduru yerinə yetirilsin. O xanım qurtarandan sonra bu lazer olunub. O, yuxarı qalxdı, mən özüm də o vaxt orada idim. Əslində, onun iddia etdiyi kimi deyil, bizim əlimizdə kamera görüntüləri var və o, heç təsəvvür də etmir ki, orada oturub mənimlə dalaşıb, artıq o səviyyəyə gətirib çıxardandan sonra mənim səsimi yazır. Amma o, heç başa düşmür ki, o, içəri girdiyi andan salondan çıxdığı ana qədər başının üstündəki kamera həm onun səsini yazır, həm də ki görüntüsünü çəkir. Orada da böyük hərflərlə yazılıb vurulub ki, “KAMERA ÇƏKİR VƏ YAZIR”. Biz heç kimin haqını, hüququnu pozmuruq, haqqı pozan odur, əslində.
Gəldi mənə ödəniş etdi, mən ona pulunun qalığını qaytardım. Orada qeyd edib ki, mənə qəbz verilmədi. Sənə niyə qəbz verilməlidir ki, insanlar öz VÖEN-i ilə işləyirlər. VÖEN-i ilə işləyən bəyəm sənə qəbz verməliir? Bilmədiyi şeyləri boş-boş danışır. Salon orada mənim adımdadır və mənim VÖEN-imlə üç nəfər orada qeydiyyatdadır və onların üçünün də qəbzi verilir. Bu qız, sadəcə, o qəbz verilən işçilərin müştərisi deyil. O, VÖEN-lə işləyən lazeroloqun müştərisidir. O kassaya bunun adidiyyəti yoxdur. Böyük salondur bura, burada VÖEN-lə də işləyən var, kassa ilə də işləyən. Onun ora aidiyyəti yoxdur. Mən işimi təmiz görən adamam.
İki-üç özü kimi insanların səhifəsində “skrin”lər paylaşmaqla elə başa düşür ki, mən ona cavab verəcəm. 800 neçə nəfərlik səhifəndə “skrin” edib mənim səhifəmi palaşırsan, düşünürsən ki, mən 400 minlik səhifəmdə səni paylaşacam, sənə reklam olsun? Sən bunu görməyəcəksən! O. “City-Hospital”dan gedib arayış götürübdür və mən araşdırmışam, arayış 50 manata saxta şəkildə alınıbdır. Ondakı yanıq xəsarəti dediyi bilirsiniz nədir? Mən sizə deyim: normalda insan hansısa bir dərmandan necə allergiya verə bilir, o da elə. Arayışda yazılıb ki, “Pantinol”dan istifadə et. 30 qəpiklik sənə “Pantinol” yazılıb, hansı ki, o “Pantinol” bizim salonda sənə 3-4 dəfə vurulub. Hətta mən dedim ki, birini də verin özü ilə aparsın. Amma sənə 7 gün ev şəraiti yazılıb, nə üçün? Onsuz da, karantindir, gimnastika salonları işləmir, sən, onsuz da, evdəsən. Arayışı sən 50 manat verib yazdırmısan. Sənin paylaşdığın adamlardan hər hada mənə də məlumat ötürən var ki, sən onu neçəyə almısan. İndi mən “City Hospital”ı məhkməyə versəm, bu gözəl xanım onun dalında dayana biləcək?
Mənim bu məsələdə dərk etdiyim bir şey var, bu xanım qan-qaraçılıq yaratmaq istəyir. Biz hətta orada ona dedik ki, sənin yalnız bikini bölgəndə yanıq xəsarəti var, razıyam sənlə. Amma sən bir saat burada bütün bədəninin tükünü yoldurmusan. Bəs burada sənin hambalın var? İnsanlar bir saat sənin bədəninin bütün tükünü pulsuz-parasız yolsunlar, hələ gəlmək-qayıtmaq taksi pulunu istəyir, dərman pulun istəyir. Başa düşmədim, yolçusan? Nə istədiyin bəlli deyil. O, mənim bir yaxın dostumun bacısıgili tanıyır, onlara dirəşib ki, siz bu barədə mənim o dostuma deyin, o, Yaşara (müğənni Y.Cəlilov) desin. Deyir, Yaşar mənim pulumu verəcək. Bu adamın məqsədi artıq bəllidir. Amma o unudur ki, bu salon, bəli, Yaşarın adınadır. Amma bu məsələlər Yaşarlıq deyil. Sən utanmırsan, birincisi, bu hansı tərbiyəyə, hansı mentalitetə sığır axı. Sən insanları hansı həddə çatdırmsan ki, orada səninlə dava edələr. Mən kamera görüntülərini çıxartsam, o qız “pas” vəziyyətində qalacaq. O, sakit dayandı, sonra birdən başladı ki, siz bilmədiyiniz kremi nəyə görə çəkirsiniz e?! Mən də dedim ki, “Qızım, ola bilər sənin dərin həssasdır. Mənim də, məsələn, olur ki, yara bandını mənə bağlayanda mənin dərim o yara bandı ilə bərabər qopur. Ona görə mən heç vaxt, heç yanda yara bandı vurdurmuram”. Mənə qaydıb qışqıra-qışqıra, əlini gözümə soxa-soxa deyəsən ki, “Mənim nəyimə lazmdır e sənin harana nə olur. Faktiki mənə belə olub”. Mən də dedim ki, məntiqlə nəyimə lazımdır sən nədən allergiya verirsən. O adam, sadəcə, məni yaxşı tanımır və o hesab edir ki, insanlar məni yox, onu yaxşı tanıyırlar. Hər halda məni tanıyan insan bilir ki, heç kim mənim ayağımı tapdalamadan, onun başını tapdalamaram. Əgər mən sənə orada nəsə demişəmsə, sən onu haqq etmisən ki, demişəm. Bəli, sən mənim oğlum yaşındasan. Mənim 43 yaşım var, sənin 23 yaşın var, mənim oğlumun 20 yaşı var. Sən utanmırsan? Bu gözəl xanım hansı tərbiyə ilə danışır, millətə elan edir ki, bunun bikini hissəsində yanıq olub. Millət başa düşür bikini nə deməkdir, insanın hansı orqanı deməkdir. Ayıb deyil sənə, ay qız? Başa düşmədən sən hamını pis vəziyyətdə qoyursan. Mən bu işə barmağımı qoysam ki, hələ qoymamışam, əlimdə kifayət qədər faktlarım ola-ola, mən, sadəcə, onu paylaşmaq istəmirəm ki, məndən ona 3-5 nəfər izləyici getməsin. Mən buna barmağımı qoysam, ortada “City Hospital” da gedəcək, onun kimlərin evində kimlərə neylədiyi də gedəcək, onun özünün də bundan sonraki karyerası elə gəldiyi kimi də batacaq. Tərpətmə də məni, sənlə işim yoxdur, çəkil get də.
Guya, salonda 103 çağırır. Niyə gəlmədi təcili yardım?”