“Kabab-araq, araq-kabab sayəsində 120 kilo oldum“ – Aqil M.Quliyevbackend

“Kabab-araq, araq-kabab sayəsində 120 kilo oldum“ – Aqil M.Quliyev

“39-40 yaşıma qədər arıq olmuşam həyatda. Yaşıdlarıma gülmüşəm ki, qarnınız var, şişmisiz, köksüz. Sonra mən də başladım birdən-birə şişməyə. Baxdım ki, 120 kiloyam. Çox əziyyət çəkirdim. Ən böyük şoku və kompleksi əllərimin ayaqlarıma çata bilməyəndə yaşadım və dedim ki, artıq bəsdir”.

Hokm.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev “Ziq-zaq” proqramında qonaq olarkən deyib.

Axşam.az-ın yazdığına görə, çəkisini itirdikdən sonra görünüşü ilə diqqət çəkən rejissor 4 il müddətində 120 kiloqramdan 77-ə düşdüyünü açıqlayıb:

“Azərbaycan xalqı kimi mən də araq-kabab, kabab-araq və sonu 120 kilo ilə nəticələndi. Böyük komplekslər yaşayırdım, efirə getməkdən boyun qaçırırdım, xəstəyəm və ya nəsə fikirləşirdim ki, getməyim. Şəhərə çıxa bilmirdim, mənimki o idi ki, çatım restorana oturum və deyim, gətirin.

Bir var sən uşaq vaxtından toppuş olasan və bu sənə yaraşsın, özünü rahat hiss edəsən. Amma mən özümü çox narahat hiss edirdim. Çox sadə resepti var. Bunu bir dəfə mənə idmançı dedi. Vüqar İslamzadənin “Zabit şərəfi” filminin çəkilişləri vaxtı, mənim kök vaxtlarım idi, o mənə dedi ki, yaman şişmisən, o özü isə arıqlamışdı. Mənə dedi ki, yavaş-yavaş ye. Bunu eşitdim və təbii olaraq tətbiq etmədim.

İnsan yeməyi yeyəndən sonra qida mədəsinə 3-7 dəqiqəyə çatır. Çox çeynəmək ona görə vacibdir ki, o birisi gedib çatsın ora. Hər şeyi də yeyirəm, onu olmaz, bunu olmaz yoxdur. Amma az-az və yavaş-yavaş yeyirəm. Hazırda 77 kiloqramam. Çəkim 4 ildə 120 kiloqramdan 77-ə düşdü”.

  •  (0)
  •  (2)