“İstəyərdim ki, 2-3 qızım olsun” – VİDEObackend

“İstəyərdim ki, 2-3 qızım olsun” – VİDEO

Tanınmış stilist Anar Ağakişiyev “Mtv Azərbaycan” kanalında yayımlanan “Üzə-düz” proqramında qonaq olub.

Hokm.az xəbər verir ki, Anar veriliş zamanı ailə qurub, övlad sahibi olmaq istəyindən danışıb:

“Ailə və övlad böyük məsuliyyətdir. Ailə qurmağa hazır deyiləm. Əvvəl çox istəyirdim ki, 2-3 qız övladım, böyük bir ailəm olsun. Bəlkə də pandemiya düşməsə idi, mən indi ata olmuşdum. Bunu ilk dəfə sizə deyirəm. Baş verənlər qaldı 2019-cu ildə. Həyatımda yeni bir mərhələ başlayacaqdı. Belə məsləhət idi, yəgin belə olmalı imiş. Incitmir məni. Övladlığa uşaq götürmək barədə düşünmürəm, çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da bu normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata, anasının adı yazılmalıdır. Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacam. Yoxsa bir işarə olsun deyə ata olum, ata bilməsin ki, övlad harda yatır, yeyir, yox bunu qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, qapını bərk bağlayacam… ”

  •  (0)
  •  (0)