Instagram bloqeri cinayətinin təfərrüatları məlum olub.
Hokm.az milli.az-a istinadla xəbər verir ki, ötən ilin noyabr ayının 27-də yol kənarından çılpaq cəsədi tapılan fenomenin boğularaq öldürüldüyü aşkarlanıb. Belə ki, qatil onu öldürdükdən sonra iz itirmək üçün cəsədi hadisə yerindən kilometrlərlə uzaq yerə atıb, qaçıb.
İddialara görə Instagram-da 21 mindən çox izləyicisi olan 27 yaşlı Alexis Sharkey öldürülməzdən əvvəl qatili ilə mübahisə edib.
Hyuston polis departamentindən verilən məlumata görə, cinayətdən 2 aydan çox vaxt keçsə də, hələ də onun qatilini tapa bilməyiblər.