Müğənni Sevda Əliqızının səhhətində ciddi problem yaranıb.
Hokm.az xəbər verir ki, sənətçi bu haqda “Xəbər-ətər” verilişində danışıb. O bildirib ki, ayağında podaqra var və sağalmır. Sevda ikinci əməliyyatın onu daha da ağırlaşdırdığını söyləyib:
“Pandemiyada ən böyük depressiyam, dərdim ayağım oldu. Ayağımda podaqra var. Ötən il avqustda əməliyyat olundum. 8 ay əziyyət çəkdim. 1 ay əvvəl yenidən əməliyyat olundum, ondan da betər hala düşdüm. Tək fikrim ayağımın düzəlməsidir. İndi də gedəcəm, görüm nə edəcəklər. Ola bilsin ki, ayağımın özündə ciddi problem var, alınmır, sağalmır”./Axşam.az