İcra başçısının layiq görüldüyü orden bu günə kimi kimlərə verilib- SİYAHIbackend

İcra başçısının layiq görüldüyü orden bu günə kimi kimlərə verilib- SİYAHI

İcra başçısının layiq görüldüyü orden bu günə kimi kimlərə verilib- SİYAHI…

Xəbər verdiyimiz kimi, Azərbacan -Ukrayna Beynəlxalq alyansın idarə heyyətinin qərarı ilə Yasamal rayonun İcra Hakimiyyətinin başçısı Elşad Həsənov karantin dövründə yaşlı və aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıya görə “Şərəf” ordeni ilə təltif edilib.
Hokm.az xəbər verir ki, DiasporPress.az-ın əməkdaşı məsələylə bağlı Alyans sədri Elmar Məmmədovla əlaqə saxlayıb o, bildirib ki, Elşad Həsənovun fədakarlığı hamı üçün örnək olmalıdır.
“Azərbaycan -Ukrayna beynəlxalq alyansnın idarə heyyətinin onlayn müşavirəsində Yasamal rayonun icra hakimiyyətinin başçısı Elşad Həsənovu karantin dövründə yaşlı və aztəminatlı ailələrə köməkliyinə görə “Şərəf” ordeni ilə təltif etməyi qərar verdik.”
Əməkdaşımızın araşdırmasında o da məlum olub ki, Elşad Həsənov bu ordeni alan dördüncü şəxsdir. Bu günə kimi, Alyansın təsis etdiyi “Şərəf” ordenini Kiyevin və bütün Ukraynanın Patriarxı Mixael Antonoviç Denisenko, Moldovanın keçmiş Ombudsmanı Aurelia Qriqoriu və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Leonid Quberski layiq görülüb.
 
 


  •  (3)
  •  (1)