Bloger Aynişan Quliyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
Hokm.az xəbər verir ki, Aynişan ölkədəki sms icazə sistemi ilə bağlı narazılığını “İnstagram” hesabında bölüşüb. O,rəsmi icazə ala bilmədiyinə görə şikayətlənib:
“Onsuz da restoran ve mağazalar bağlıdır. Sms icazə nəyə gərək? Mən niyə işlərimi görə bilmirəm? Hər çəkdiyim reklam xarakterli paylaşımıma görə vergi ödəyirəm. Və bizim işimiz pandemiya dövründə çalışa bilir. Bəs niyə yararsız hesab edilir? Amma vergi ödəmələri gecikmir. Bəs onda necə edək? Niyə bizim hüququmuz yoxdur rəsmi icazə almağa? İnanmıram ki, kimsə sadəcə əyləncə olsun deyə şəhərə çıxır. Hər kəs məcburiyyətdən çıxır, mən də həmçinin. Sözüm ondadır ki, icazə vermirsizsə çalışaq onda vergimizi necə verəcəyik?”big.az