Hüseynin maşınından 1 milyonluq əşyalar oğurlanıbbackend

Hüseynin maşınından 1 milyonluq əşyalar oğurlanıb

Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqqer Hüseyn Həsənov avtomobilindən bir milyon rubl (23 min 200 AZN) dəyərində əşyalarının oğurlandığını açıqlayıb.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. O qeyd edib ki, “Gelandewagen” markalı avtomobilini Moskvadakı bir restoranın yanında saxlayıb və ön oturacaqda məşhur bir markanın loqosu olan çanta qoyaraq görüşə gedib.

Həsənov geri qayıtdıqda naməlum şəxslərin maşınına girdiyini və sözügedən çanta, pul, sənədlər və noutbukunun orada olmadığını görüb. O, oğurlanan əşyaların bir milyon rubl dəyərində olduğunu vurğulayıb.

Bundan əlavə, Hüseyn hüquq-mühafizə orqanlarının ona zarafatcıl olduğu üçün inanmadığından polisə müraciət etmədiyini, araşdırmanı özünün aparacağını qeyd edib.

  •  (0)
  •  (0)