Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənov özünə yeni mənzil alıb.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə “StarHit” nəşrində yazılıb. Nəşrin məlumatına görə, mənzil video blogerə 1 milyon dollara (1,7 milyon AZN) başa gəlib.
130 kv.m-lik mənzil Rusiyanın paytaxtında Moskva-Siti biznes rayonunda premium-klass yaşayış kompleksində yerləşir.
Dizaynı hələlik olduğu kimi saxlanılan evdə – taxtaya bənzər laminat döşəmə, “whitebox” işıqlı divarlar, kiçik çilçıraqları olan tavan, iki vanna otağı, həmçinin bar və bütün qarnituru olan mətbəx: dolablar, soyuducu, qabyuyan maşın və santexnika qurğuları var.
Mövzu ilə bağlı açıqlama verən Hüseyn həddindən artıq dəbdəbəyə yer verməyəcəyini bildirib:
“Hələ nəyin hansı tərzdə olmasına qərar verməmişəm. Amma mütləq insanlar görən kimi “vau” deyəcək, yoxsa mən necə Hüseyn Həsənovam? Əminəm ki, bir çoxları mənzilimi Qafqaz şuxluğu ənənələrində təmtəraqlı formada təsəvvür edir: zərli mebel, eksklüziv əl işi heykəllər, Dubaydan gətirilən ağır pərdələr… Amma bütün bunlar olmayacaq, o qədər də proqnozlaşdırıla bilən biri deyiləm. Çox güman ki, divarlardan birini əsl yosunla bəzəyəcəyik, köpüklənən şəlalə və balıqla dolu böyük akvarium olacaq. Vanna otağı mərmərlə örtüləcək. Açıqlaya biləcəyim sirrlər bunlardır”.
Təmirin ona hansı məbləğə başa gələcəyi hələlik məlum deyil.