Məşhur aktrisa, model Kara Delevin həmkarı Qvinet Peltrounun qonağı olub. O, sualları cavablandırarkən etiraflar edib.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, Kara homoseksual oldeuğunu öyrənəndə ağır günlər keçirdiyini söyləyib. O bildirib ki, homosfob ailədə böyüyüb:
“Homoseksual olmaq düşüncəsi məni iyrəndirirdi. Gey olan birini tanımırdım, onun nə olduğunu bilmirdim. Uşaqlıqda anlamırdım ki, homofobam. Buna görə də cinsi oriyentasiyama görə qorxurdum, hətta intihar belə etməyi düşünürdüm.
Bu vəziyyətimə görə utanırdım, indi isə sevirəm. İndi daha rahatam, anlayıram ki, ən önəmlisi insan olmaqdır”.