Müğənni Əminə Şirin “ATV Maqazin Onlarla” verilişində estetik əməliyyat etdirməsindən danışıb.
Hokm.az Big.az-a istinadən xəbər verir ki, o bildirib ki, dodağına gel vurdurub: “Həvəsə düşdüm, dodağıma gel vurdurdum. Dodaqlarım çox şişdi. Gedib çıxartdırdım”.
Müğənni qeyd edib ki, burnunu da estetik əməliyyat etdirmək istəyir: “İstəyirəm burnumu da əməliyyat etdirim. Sonra fikirləşirəm ki, əməliyyat olunsam hamı kimi görünəcəm. Çünki indi əməliyyat olunan burunların hamısı eyni vəziyyətdədir”.