“Hər kəs Dağlıq Qarabağdakı vəziyyətin sabitləşməsində maraqlıdır” – Rusiya XİNbackend

“Hər kəs Dağlıq Qarabağdakı vəziyyətin sabitləşməsində maraqlıdır” – Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dağlıq Qarabağdakı vəziyyətin sabit qalmasının hər kəsin maraq dairəsini əhatə etdiyini deyib.
 “TASS”a xəbər verir ki, Rusiya XİN-nin şöbə müdirinin müavini Aleksandr Qruşko həmçinin danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində, beynəlxalq ictimaiyyət tərəfindən əvvəlcədən hazırlanmış qaydada qalmasının tərəfdarı olduğunu bildirib.

O, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin bütün dövlətlərinin və danışıqlar prosesində iştirak edən ölkələrin maraq dairəsini əhatə edir.

Aleksandr Qruşko, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təkcə Rusiyanın deyil, həm də bu bölgədə sabitliyin bərqərar olmasını və möhkəmləndirilməsini istəyən digər dövlətlərin də tərəfləri barışığa, atəşkəsə dəvət edən bəyanatlar vermələrini istəyib.(yeniavaz)

  •  (0)
  •  (0)