“Böyrək köçürməsi etdirən insanam. Ona görə də həftənin əvvəli də, sonu da Covid-19 testi verirdim. Evdəkilər deyirdi axırda bir şey olacaq”.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “Bizimləsən” proqramında deyib. Koronavirus infeksiyasına yoluxan aparıcı xəstəliyindən danışıb:
“Hər dəfə testim neqativ çıxırdı. Bir dəfə də KT-yə getdim və 5 faiz şüşə çıxdı. Böyrək həkimlərimə zəng etdim, məsələni danışdım. Heç bir əlamətini yaşamadım: nə iy, nə dad bilməm itdi”.