“Heç vaxt ikinci dəfə evlənmərəm” – Azərbaycanlı MƏŞHURbackend

“Heç vaxt ikinci dəfə evlənmərəm” – Azərbaycanlı MƏŞHUR

Müğənni-bəstəkar Murad Arifdən xəbər var.

Hokm.az xəbər verir ki, sənətçi “Üzə-düz” proqramının qonağı olub. Açıqlamarı ilə diqqət çəkən ifaçı son vaxtlar boşanmaların sayının çoxalmasından danışıb:

“Çünki insanlar daha az dözmək istəyir. İnsanlar daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə ayağını qır otur, döz, şiddətə, qayınata, ər təzyiqinə, qayınana söyüşlərinə döz deyilirdi. Psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs, bunun nəyi yaxşıdır? İki insanda alınmırsa, ayrılmaq daha yaxşıdır. Düzdür, boşanma tərəfdarı deyiləm, övladlar da var.

Mənim üçün dost, karyera faktoru, yer kürəsində ailədən sonra gəlir. Ailə mənim vətənimdir. Ailəmin içində hüzur tapıram. Ölərəm ailəsiz. Mənfi enerjilərdən, təzyiqlərdən, dilə düşməkdən o qədər qorxuram. Həyat yoldaşım çox ciddi bir ailənin övladı idi. Mən də sənət dünyasından bir adam. Ona görə tərəddüdlərim var idi ki, görəsən bu iş alınarmı? Böyüklərinin böyüklüyüdür ki, ünsiyyət zamanı anladılar qarşılarındakı boş adam deyil. Elçilikdə heç bir problem yaşanmadı. Onun bütün qohumları Bakıda yaşayır, təkcə öz ata-anası İsveçdə. Anamgil gedib ailəsi ilə tanış oldular. Heç vaxt ikinci dəfə evlənmərəm. Belə qlobal məsələlərdə mən qədərə, qismətə inanmaram. Evlilik yalnız 1 dəfə”.big.az

  •  (2)
  •  (2)