Müğənni Günel Zeynalova “Dəyişən cavab” verilişində nişanlısı, hazırda həbsdə olan iş adamı Rza Zərrabla ayrılıqlarından danışıb.
Hokm.az xəbər verir ki, o, xəyanətin ağrısından danışıb:
“Bir gün biri mənə dedi ki, “mənə sevginin xəyanətin ağrısından danışa bilərsən?” Dedim ki, mən onu izah edə bilmirəm, bu nə bibər acısıdır, nə də başqa bir şeydir. Çox pis bir şeydir. Mən hər kəsi bağışlamışam. Sabah həyatda nə olacağını bilmirik”.
G.Zeynalova A.Ağakişiyevin Dubayda gəlinlik seçərkən R.Zərrabın ona ayrılıq mesajı yazması ilə bağlı səsləndirilən fikirləri təsdiqləyib:
“Demək olar ki, mən orada elə bir şey geyinmişəm. Deyirlər ki, son peşmanlıq fayda etməz. Hər nə qədər bir kişi səhv etmiş belə olsa, bunlar bir qadının yaşamasını istəmədiyim hislərdir. Kişinin içərisinə şeytan girir və onu yoldan çıxarır, o xətasını anlayır və … Əslində, o xətasını çox tez – demək olar ki, bir həftə sonra başa düşmüşdü”.
Müğənni A.Ağakişiyevin “indi qapıdan girsə, onu qəbul edərsənmi? Sualına isə belə cavab verib:
“İnsan nə qədər bağışlamıram, qəbul etmirəm desə belə həyat səni elə bir yerə gətirər ki… Mən böyük danışmağı sevmirəm. Çünki sonra bunu yaşamaq istəmirəm. Məncə heç nə deməyim. Zaman hər şeyin dərmanıdır”.ölkə.az