Günel geyiminə görə tənqid olundu: “Özünü Serenə oxşatma”backend

Günel geyiminə görə tənqid olundu: “Özünü Serenə oxşatma”

Müğənni Günel Zeynalova geyindiyi libasa görə tənqid edilib.

Hokm.az axşam.az-a istinadən bildirir ki, sənətçinin sosial şəbəkədə yayımladığı fotosundakı qırmızı geyimi diqqət çəkib. Belə ki, həmin paltarın eynisi ilə müğənni Seren Serengil də şəkillər paylaşıb. İzləyicilər isə Günelin hər dəfə özünü Serenə oxşatmağa çalışdığını bildiriblər.

“Bəsdir Seren Serengili təkrarladın. Bu gün qadın bir şəkil paylaşdı, həmin an eyni paltardan tapıb foto çəkdirdin. Qısqanc Günel” yazan izləyicisinə ifaçı belə cavab verib:

“Səsim var, Allah bir az da göz-qaş verib…. Ədəbim, tərbiyəm sizə sərt cavab verməyə imkan vermir. Amma açıqlama verim: İndi Bakıdayam. Türkiyədə yaşayıram, ona görə də paltarlarım oradadır. Bura gələndə həmin paltarı götürmədim. Çox əvvəl geyinib şəkil çəkdirmişəm. Zövqlər eyni ola bilər, alına bilər, geyinilə bilər…. Allah mənə yetəri qədər qısqanılmayacaqlar verib, şükür. İzah edə bildim? Sereni sevirəm, gözəl qadındır. Burada nə var ki?”.

Qeyd edək ki, Türkiyə mediasında dəfələrlə Günelin Seren Serengilə bənzədiyi haqda məqalə dərc edilib.

  •  (0)
  •  (1)