“Getdikcə ağırlaşıram” – Təcili yardımdan şikayət etdibackend

“Getdikcə ağırlaşıram” – Təcili yardımdan şikayət etdi

Müğənni Günel Ələkbərova təcili yardımı tənqid edib.

Hokm.az xəbər verir ki, buna səbəb sənətçinin bir neçə gündür xəstə olduğu halda təcili yardımın gəlməməsi olub:

“Çox narahatam, ailə üzvlərimlə bir evdəyəm. Bu halda həkimə özüm gedə bilmirəm. Əgər Covid-19-a yoluxmuşamsa, yolda, liftdə insanları yoluxduracam. Sonra da deyirlər yoluxma artır. Artacaq da, vətəndaşam evdə oturmuşam, təcili yardım gəlməlidir, baxmalıdır. Virusa yoluxmuşamsa gedim başqa yerdə özümü izolyasiya edim. İşləyə bilmirlərsə, camaatın həyatı ilə oynamasınlar. Deyirlər, özün get xəstəxanaya. Necə gedim? Kasıb gedib 35 manat verib necə test alsın? Evdəkilər oturub zəng edir, heç kim də cavab vermir. Təcili yardım gəlməməklə məni stressə salır. Koronavirus olmasam da, bu fikirlə məndən çıxacaq. Zamanında gəlib xəstəyə müdaxilə edilsə, ölüm olmaz”.

Günel daha sonra bildirib ki, təcili yardım gələrək test götürüb, amma cavab gecikir:

“Artıq üçüncü gündür ki, xəstəyəm, vəziyyətim getdikcə ağırlaşır. Yaxma analizi götürülüb, amma cavab gəlmir. İnsan həyatı ilə oynamayın. Yoluxan insanlar pulsuz müayinə olunmalıdır. Kasıb necə müayinə olunsun, müalicə etdirsin?”./Axşam.az

  •  (0)
  •  (0)