Fəxri ad qalmaqalı bitmir – Elton hədəfə alınıbbackend

Fəxri ad qalmaqalı bitmir – Elton hədəfə alınıb

Əməkdar artist Elton Hüseynəliyev və Xəyyam Nisanovun fəxri ad alması müğənni Nadir Qafarzadəni özündən çıxarıb.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi dəfələrlə video açıqlamalar yayaraq, ona fəxri ad verilməməsindən gileylənib. Nadir bildirib ki, bununla bağlı mədəniyyət nazirliyinə müraciət etdiyini, hətta onlardan cavab məktubu da aldığını söyləyib. Qafarzadə bunun ona və sənətinə qarşı haqsızlıq olduğunu adlandırıb.

Sənətçinin bu açıqlamaları həmkarları arasında yaxşı qarşılanmayıb. Onu tənqid edənlərdən biri də rəqqasə Fatimə Fətəliyeva olub.

Fatimə “Səhər mərkəzi” proqramında Eltonu təbrik edərkən, ad çəkmədən Nadirə də söz atıb:

 

“Eşidəndə çoxs evindim, Eltonu təbrik edirəm. Kimin vaxtı, zamanı gəlib çatacaqsa, ay insanlar, siz də alacaqsınız. Amma çıxıb özünüzü gülünc vəziyyətinə qoyursunuz: filankəs belə, filankəs niyə aldı…  Ayıbdır. Elton sənətkardır, gözəl səsi var. Ondan incikliyim olmuşdu, amma sənətkardır. Heç kim heç nə deyə bilməz, almalıdır da”.

  •  (0)
  •  (0)