Bir ilə yaxındır fəaliyyətini Moskvada davam etdirən müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğluna söz atıb.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, müğənni sosial media hesabında izləyicilərindən birinin ona ünvanlandığı “Siz nə vaxt Xalq artisti adını alacaqsınız?” sualına bu cür reaksiya verib:
“Mən bunu hardan bilə bilərəm ki? Qismət deyək. Güman edirəm ki, verərlər. Çünki mənim adım Fədayədir, bu hələki bəs edir. Qaldı ki, ad məsələsinə, bu da müğənniyə bir stimul verir. Məndən yaş və sənətcə böyük həmkarlarım hələ ad almayıblar. Ancaq mən heç vaxt ad davası etmərəm. Verməsələr belə, səsimi çıxarmaram ki, niyə mənə ad vermirsiniz”.
Xatırladaq ki, bir müddət öncə Tacir Şahmalıoğlu ona fəxri ad verilməsi xahişi ilə Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya video müraciət ünvanlamışdı.