Fatimə sosial şəbəkədə məşhurlaşanları tənqid etdibackend

Fatimə sosial şəbəkədə məşhurlaşanları tənqid etdi

“Səhnədə hansısa rəqsimizi təqdim ediriksə, tamaşaçı üçündür. Onların tənqidi olanda onu yaxşı mənada çalışırıq düzəldək. Hər bir sənət adamında səhnə mədəniyyəti olmalıdır. Çətin peşədir, bizə milyonlarla insan, gənc nəsil baxır. Onlara nümaunə olmalıyıq”.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “MTV Azərbaycan”a açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə məşhurlaşan gəncləri təqnid edib:

“İnsan var bir günə tanınır və itir. Zirvədə dayanmaq və onu saxlamaq çətindir. Bu da insanın özündən asılıdır. Sosial şəbəkə daha baxımlı olur. Efirə daha az adam baxır. Ona görə də indi sosial şəbəkədə çoxları özlərini məşhur edib. Onlar heç nə etmir, bizim qədər əziyyət çəkmir. Düşünürəm ki, onlar da zamanla itəcək, yaddan çıxacaq. Gənc nəsil onlara baxır, deyir burda nə var? Bir gitara götürüm, bir-iki zümzümə edim və mən məşhuram. Məşhurluq belə olmur, insan illərlə üzərində çalışmalıdır. Səhnəni, sənəti sevməlidir”.

  •  (0)
  •  (0)