Trampın baş məsləhətçisi koronavirusa yoluxdubackend

Trampın baş məsləhətçisi koronavirusa yoluxdu

CNN xəbər verir ki, ABŞ prezidentinin baş məsləhətçisi Stiven Miller koronavirus infeksiyasına yoluxduğunu söyləyib.

Hokm.az xəbər veri ki, bu barədə “gazeta.ru” yazıb.

Rəsmi nümayəndə oktyabrın 6-da COVID-19 testinə görə verdiyi analizin cavabının müsbət olduğunu açıqlayıb.

“Mən hazırda karantindəyəm”, – deyə S.Miller bildirib.

Televiziya kanalının verdiyi xəbərə əsasən, vitse-prezident Mayk Pensanın mətbuat katibi, S.Millerin həyat yoldaşı Keti Miller koronavirusa hələ may ayında yoluxub.

Ötən həftə isə ABŞ Prezidenti Donald Trampın və xanımı Melaniya Trampın COVID-19 diaqnozu təsdiq olunub. Trampın Klivlenddəki prezident debatında onu müşayiət edən müşaviri Houp Hiksin koronavirusa yoluxduğu təsdiqləndikdən sonra prezident və xanımı da koronavirus testindən keçiblər. Tramp üç gün müalicə aldığı xəstəxananı oktyabrın 5-də tərk edib. O, müalicəni Ağ Evdə davam etdirəcək.oxu.az

  •  (0)
  •  (0)