Ezel “Dolya vorovskaya”nı ifa etdi – VİDEObackend

Ezel “Dolya vorovskaya”nı ifa etdi – VİDEO

Türkiyəli reper Ezel instaqramda son paylaşımı ilə azərbaycanlıların diqqətini çəkib.

Hokm.az xəbər verir ki, sənətçi ona hədiyyə olunan yeni gitarasında “Dolya vorovskaya” mahnısını səsləndirib.

Məlumat üçün bildirək ki, “Dolya vorovskaya” xüsusilə Qafqazda 70-ci illərdə həddən artıq populyar olub. Konsertlərdə, toylarda şöhrət qazanmış bu qüssəli mahnı həbsxanada yatmış, həyatda bəxti gətirməmiş adamların himni sayılırdı. Uzun illər mahnının kim tərəfindən yazılması naməlum idi. Mahnı həvəskarları bunu gah erməni şanson müğənnisi, bakılı Bokanın yazdığını iddia edirdi, bir qismi isə azərbaycanlı şanson Aydınçikin bəstələdiyini deyirdi.

“Dolya vorovskaya” ilk dəfə 1959-cu ildə “Gürcüstanfilm”in istehsal etdiyi, rejissor Levan Xotivarinin “Bənddə əhvalat” (“Sluçay na plotine”) filmində səslənib. Mahnının bəstəkarı Bidzina Kvernadzedir. Amma bu fakt heç vaxt üzə çıxmayıb.publika.az

  •  (0)
  •  (0)