“Aramızda 5-6 yaş fərq var. Koronavirusda yanımda oldu. Əməliyyatda olanda otağıma belə girib. Tədbirlərdə bəzən yanımdadır. Köklüyümə görə bəzən əyilib ayaqqabımı bağlaya bilmirəm, əyilib bağlayır. Tərimi belə silir. Həyatımda bir şansımdır. Gecə saat 3-də deyim ki, filan yerə gedək, razılaşır”.
Hokm.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə “Bir ana kimi” proqramında deyib. Sənətçi verilişə həyat yoldaşı Murad və oğlu Əli ilə birlikdə qatılıb. Xuraman ərinin ona olan münasibətindən danışıb.
Aktrisadan bəhs edən Murad “Efirdəki və evdəki Xuraman tam fərqlidir. Qəlbimə daha çox efirdəki Xuraman yaxındır. Həyat yoldaşım ideal anadır. Nə olur olsun ölənə qədər onun yanında olacam” deyə, bildirib./Axşam.az