Meyxanaçı Namiq Məna həmkarlarından söz açıb.
Hokm.az lent.az-a sitinadən xəbər verir ki, söz ustası “Həmin Zaur” verilişində bildirib ki, əlində imkan olsaydı, bir çox meyxanaçıları efirə buraxmazdı:
“Əxlaqı keyfiyyəti, davranışı yerində olmayan insanlara efir məkanlarında qadağa qoyulmalıdır. Səhnə mədəniyyəti deyilən şey var. İstedadlı insanlar çoxdur. Amma o demək deyil ki, hər istedadlını efirə buraxasan. Efirin öz qaydaları var. Efirə çıxıb “mənəm-mənəm” demək yaxşı deyil”.