25 yaşlı amerikalı model Kendal Cenner ölümlə hədələnir.
Hokm.az Milli.az-a istinadən xəbər verir ki, onu ölümlə hədələyən Malik Bovker adlı birinin adını açıqlayıb. “Əvvəl məni, sonra özünü öldürəcək”, – deyə bildirib.
Polisə müraciət edən Cenner bildirib ki, bu şəxs psixi xəstədir və xəstəxanadan təzə buraxılıb. Podium dünyasının ən axtarılan modellərindən biri olan Cennerin evini indi 24 saat qoruyurlar. Polis həmin şəxsin modeldən 100 metr aralıda gəzməli olduğu barədə ona xəbərdarlıq edib.