İnstaqram-da məşhurlaşan model Yasmin Sesilia evində verdiyi partidə döyülüb.
Hokm.az axşam.az-a istinadən bildirir ki, Niderlandda aparıcılıq etdiyi verilişlə məşğurlaşan Yasmin dostlarını evinə yığıb. Partinin sonunda qonaqlardan biri onu döyməyə başlayıb.
Həmin şəxsin onun üzünə dəfələrlə yumruq atdığını deyən model “Yerə yıxıldıqdan sonra da məni vurmağa davam etdi” deyə, əlavə edib.
Mübahisəyə səbəb isə partinin başa çatdıqdan sonra modelin ondan evi tərk etməsini istəməsi olub. Həmin şəxs divanda yatıb qalıb, Yasmin isə onu oyatmağa çalışıb:
“Artıq evə getmə vaxtının olduğunu dedim. Yataq otağıma getdi və qapını bağladı. Qapıya vuraraq getməsini istədim. Üstümə hücum etdi”.
Qadının qırşqırığına qonşuları gəlib və polis çağırıblar. Xəstəxanaya aparılan modelin beyin travması aldığı deyilib. Eyni zamanda da burnu qırılıb.
İki gün xəstəxanada müalicə alan Sesilia “Polis 5-6 saat adamı nəzarətdə saxlayıb və evinə göndərib. Ədalət yerini tapsın deyə hər addımı atacam” deyə, o bildirib.