“Kimlərsə gözləyir ki, üzr istəyəcəm? Heç vaxt şəxsi fikrimə görə üzr istəmərəm. Nə vaxt səhv olub, təhqir edərəmsə, üzr də istəyərəm. Demişəm, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Biriniz burada təhqir, söyüş, kasıbları təhqir edən söz çıxarsın. Buna dair bir söz ortaya çıxarana 50 min pul verəcəm”.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. Sənətçi “Heç bir qız kasıb oğlana ərə getməz” fikirlərini tənqid edənlərə cavab verib:
“Dediyim sözün arxasındayam. Əlbəttə, heç bir qız istəməz ki, ailə qurduğu oğlan ona kasıb həyat yaşatsın. Pandemiyada ən az 70 ailəyə yardım etdim. Bunu niyə unutdunuz? Götürüb hansısa əsgərə video çəkdirirsiz. Əsgərin işi şou-biznes adamına söz yollamaqdır? Əminəm ki, o əsgərin heç nədən xəbəri yoxdur.
Kasıbçılıq da, pul da görmüşəm. Mən qız başıma kasıb yerdən əziyyətlə bu yerə gəlmişəm. İstəmirəm oğlanlarımız kasıb olsun, kimdənsə mədət umsun. İstəmirəm ki, hansısa oğlan kasıb damğası yesin. Hər bir kişi qazanıb ailəsini saxlamalıdır. Əsgər video çəkir ki, sənin nəslini biz kasıb oğlanlar qoruyuruq. Bu nə deməkdir? Əsgər bekardır bu cür video çəkir? Mənim əmim birinci Qarabağ müharibəsində, əmim oğlu isə indi müharibədə səngərdə sizinlə birlikdə idi. Mənim nəslimdə əsgər gedən, müharibədə iştirak edən yoxdur?
Yardım etdiyim zaman kasıbların evini gəzmişəm. Necə yaşadıqlarını görmüşəm. Elə evdə uşaq böyütmək istəyərsiz? O uşağı oxutmaq, gələcək qurmaq lazımdır. Söhbət oturub ondan-bundan pul güdəndən gedir. İnsanlar var ki, kasıb evdə, şam işığında oxuyub həkim olur, ailəsinə çörək verir”.
Pərvin rəfiqələrinin bu günlərdə ona dəstək olmadığını deyib:
“Bu günə kimi sıfırdan qaldırdığım rəfiqələrim danışsın. Hanı mənim dəstək olduğum rəfiqələr. Demişəm, siz iş qurun, paylaşıb sizi qaldıracam. Mənim hesabıma biznes quran, işini qaldıran, maşın, ev alanlar… Hanı, niyə biriniz çıxıb məni paylaşmırsınız? “Pərvin, filan paylaşımı et” deyəndə, yaxşı qız oluram?”.