Erməni porno ulduz Kim Kardaşyan və onun əri, reper Kanye Uest boşanma ərəfəsindədirlər.
Hokm.az bildirir ki, bu haqda PageSix xəbər verir.
Nəşrin mənbələri iddia edir ki, Kardaşyan bu işi şou-biznes ulduzlarının boşanma proseslərini aparmaqla məşhurlaşan vəkil Lora Vasserə tapşırıb. “Onlar bunu gizlədirlər, amma ediblər”,- deyə mənbə açıqlama verir.
Onun sözlərinə görə, cütlük Milad tətillərinini bir yerdə keçirməyib, onlar “bir-birindən ayrı yaşamamağa və hər şeyi sakitcə həll edib, ayrılmağa, boşanmağa qərar veriblər”.
Kanye Uestə yaxın olan digər bir mənbə isə musiqiçinin bütün Kardaşyan ailəsini və onların realiti-şousunu “dözülməz” hesab etdiyini bildirir.
Dekabrda ulduzlarayaxın mənbələrdən biri xəbər vermişdi ki, cütlük fərqli həyatlar yaşayır. “Kimin öz işi, onunüçün vacib olan layihələri var, Kanye isə özünə aid fərqli işi və üzərində işlədiyi layihələri var”. Həmçinin əlavə edib ki, Kimlə Kanyenin həyatları nadir hallarda kəsişir.Sfera.az