Hamı deyir ailə qur. Ailə fikirləşirəmsə, efirə uzun geyinib gələrəm. Əzəldən uzun geyinib, özümü hazırlayaram.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan “Günə bir şou” proqramında deyib. Sənətçi aparıcı-prodüser Tarix Əliyevin (Tolik) “Gün olsun ailə qur, evinin xanımı ol” sözlərinə belə cavab verib:
“Azərbaycanda özünü uzun paltarla satırsan: mən abırlı qızam. Bizdə reallıq budur. Qeyrəti başqa yerə yozurlar. Qeyrət insanın içində olmalıdır. Məni olduğum kimi qəbul edən biri olsa, ailə quracam. Kimə görəsə, dəyişməyəcəm”.