Bir neçə gün əvvəl Xalq artisti Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcəyini açıqlayıb.
Hokm.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Xalq artisti şəxsi instaqram hesabında layihənin planı olan vərəqlə çəkdirdiyi fotosunu yayımlayıb və bunları əlavə edib:
“İnşaat hər zaman layihənin sxemindən başlayır. Bu, çox yaradıcı prosesdir. Hətta deyərdim, tikinti bir mahnıdır, əgər hər şey həmahənglik təşkil edirsə, onda nəticə olacaq!”
Xatırladaq ki, hər iki ticarət mərkəzi və bulvarın tikintisi “Sea Breeze” kurort qəsəbəsində reallaşdırılacaq. Ticarət mərkəzinin tikintisinə sentyabrın 15-də start veriləcək. Layihənin ümumi ərazisi 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq əhatə edəcək. Yaxın gələcəkdə isə daimi yaşayış üçün mehmanxana və apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələrin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.baku.ws