Həyatda o qədər haqsızlıq gördüm ki, məcburən məni Elzalığımdan çoxdan çıxartdılar. Özümə şou sənətkarı deyirəm. Bu sənətin həm xadiməsiyəm, həm də xanımıyam. Bəziləri var ki, onları süpürgə kimi silib atıram. Heç vaxt xəyanət görmədim. Amma mənə qarşı çox qısqanclıqlar oldu. Qadın kişinin yanında zərif, incə olmalıdır. Kişilər güclü qadınları görür, amma boyunlarına almır.
Hokm.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Üzə-düz” verilişində deyib. Sənətçi hər zaman olduğu kimi, bu dəfə də sensasion açıqlamaları ilə diqqət çəkib:
“Həyat yoldaşım ata-ana evinə getməyə icazə vermirdi, həsrət qalmışdım. Elə yaxşı ki, ailəm dağıldı. Bağışlayanam, amma küsüb getdimsə, heç vaxt geri qayıtmıram. Gəlinlik qadının özünə, yarına məxsusdur. Gəlinlik qadının bəkarətidir. Qadın öz gəlinliyini geyinməlidir, kirayə götürməməlidir. Mən özüm bu günə kimi gəlinliyimi sandıqda saxlamışam. İnsanlar var ki, ayağım qoyulan yerə başlarını qoyurlar”.publika.az