ARB TV-nin “SözBaz” verilişinin növbəti qonağı müğənni Elnarə Xəlilova olub.
Hokm.az xəbər verir ki, Elnarə monitorda göstərilən gəlinlik libasından danışıb:
“İndiki ağlım olsaydı belə geyinməzdim. O Gəlinliyimə baxıb yoldaşıma deyirəm ki, mən geyinmişdim, sən hara baxırdın? Deyirəm qoymazdın da elə geyinim. Bilirsiz mən stilist Səma ilə çalışırdım. Gəlinliyimin də ideyasını o vermişdi. Əslində yuxarısı elə dekolitə, aşağısını isə paçka formasında nəzərdə tutmuşdu. Dedim ay Səma başına dönüm mən səhnəyə çıxmıram, ərə gedirəm. Olar mən düz-əməlli paltar geyinim./milli.az