“Əllərimi öpüb son nəfəsini verdi” – Oğlunu itirən Nazpəribackend

“Əllərimi öpüb son nəfəsini verdi” – Oğlunu itirən Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva övladını itirdikdən sonra ilk dəfə efirə çıxıb. Müğənni “1 dəqiqə” proqramının qonağı olub.

Hokm.az xəbər verir ki, veriliş Dostəliyevanı oğlu Əlinin məzarı üstündə görüntüləyib. Göz yaşlarını saxlaya bilməyən ifaçı güclü olmağa çalışdığını deyib:

“Balamın məzarının başında dayanmışam. Bir neçə şəhidin məzarının başında dayandıqda içimdən nə hisslər keçirdi, necə olurdumsa, indi də belə dayanmışam. Çünki mənim oğlum o şəhidlərin heç birindən artıq deyil. Bacardığım qədər güclü olmağa çalışıram.

Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Son vaxtlarda həyəcanlanır, fikir edirdi. Onun öz problemləri oldu. Məndən gizlədirdi”.

Nazpəri bildirib ki, oğlunun halı pisləşəndə həkimlərin ona çarə olmadığını söyləyib:

“22-si özünü pis hiss etdi. Həkimlərə zəng vurduq. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Onu qucaqladım, basdım sinəmə. Yatıb yuxuma da gəlməzdi ki, Əli son nəfəsini tapşıracaq. Əli əvvəl dedi, ana, sən mənim əziyyətimi çox çəkmisən, güclü qadınsan, heç vaxt yenmə, əyilmə, sən sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma. Amma mən heç nə anlamırdım. Bacımı çağırdım ki, niyə belə deyir? Biz heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əli əllərimi öpdü və son nəfəsini verdi”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev bu ilin martında 41 yaşında vəfat edib.Axşam.az

  •  (0)
  •  (1)