“Elə şeylər yaşandı ki, oğullarımın ikisini də silmişdim” – Roza Zərgərlibackend

“Elə şeylər yaşandı ki, oğullarımın ikisini də silmişdim” – Roza Zərgərli

“Uşaqlarım əsgərliyə gedib gələndən sonra çox pisliklərlə qarşılaşdım. Mənim evimin içində olan balalarımla bağlı çox şey oldu. Elə həddə gəldik ki, oğullarımın ikisini də silmişdim. Elə bir şeylər yaşandı ki…”.

Hokm.az xəbər verir ki, bu barədə  müğənni Roza Zərgərli ailəsi ilə birlikdə “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib. Belə ki, ifaçı övladlığa götürdüyü oğulları haqda söhbət  açıb.

O bildirib ki, bir müddət əvvəl Corc və Jerarla münasibətlərini kəsib:

“O qədər insanlar bunların qanına, cibinə girdi. Gəlirdilər onlarla dost olurdular, ciblərinə girirdilər, mənimlə soyudurdular.  Corca deyirdilər ki, məni alırsansa, anandan uzaq olmalısan. Maşın alacaqdım. Qızım Bənövşəyə aldım. İkinci Corca alacaqdım. Amma onu öyrədirdilər ki, get denən, birinci sənə alsın”.

Roza əlavə edib ki, Corcun ailə qurmaq istədiyi xanım onların arasını vurmağa çalışıb.unikal.org

  •  (0)
  •  (1)