“Elə cavab verərəm ki, kiməsə şərh yazmağa tövbə edərsiz” – Aynişanın əri onu təhqir edənlərə SƏSLƏNDİbackend

“Elə cavab verərəm ki, kiməsə şərh yazmağa tövbə edərsiz” – Aynişanın əri onu təhqir edənlərə SƏSLƏNDİ

Bloger Aynişanın həyat yoldaşı Kənan Əliyev sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Hokm.az xəbər verir ki, Kənan instaqram hesabında onu təhqir edənlərə cavab verib. Belə ki, o, bildirib ki, belə insanlara cavab verməyi öz səviyyəsinə yaraşdırmır:

“Bu günə kimi bəzilərinin yazdığı təhqir və tənqidlərə heç vaxt cavab verməmişəm. Ona görə yox ki, veriləsi cavabım yoxdur. Yox, sadəcə o səviyyəni özümə yaraşdırmamışam.İnanın ki, elə o səviyyədə hətta daha betər cavab verə bilərəm ki, hansı ki, ondan sonra ümumiyyətlə kiməsə şərh yazmağa tövbə edərsiz. Hər şeyin bir həddi hüdudu var. Əsasən də qadınlar, bir az alənizi düşünün. Ailənizə hörmət edin əsasən də kişi cinsindən olanlara. Öz danışıq tərzinizlə onları bu qədər təhqir etməyin. Onların sizdən xəbəri olmadığını bu qədər açıq-aşkar nümayiş etdirməyin. Düşünməyin ki, şərhdir yazdım bitdi. Dəfələrlə şərh şərh yazanları da tapmışıq, polis bölməsində də görüşmüşük, vallah burda cəsarəti ilə lovğalanan insan şikayət etməməyimiz üçün göz yaşlarını töküb. Sizi hörmətinizi qorumağa dəvət edirəm”.big.az

  •  (0)
  •  (0)